|
|
|
|

“Dövlət Neft Fondunun ölkənin makroiqtisadi sabitliyin təminində rolu böyükdür. Fondun formalaşdırdığı böyük həcmdə ehtiyatlar makroiqtisadi sabitliyinin əsas dayaqlarından biridir”.
Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a bildirib. O qeyd edib ki, Fondun ehtiyatları hesabına neft sektorundan daxilolmalar azaldığı halda belə, valyuta bazarında stabillik qorunur:
“Bu gün Fondun vəsaitləri hesabına iqtisadi tarazlıq saxlanılır. İqtisadiyyatın davamlı inkişafının təmin olunması üçün əlavə dəstək mexanizmi formalaşır. Bu, xüsusilə qlobal iqtisadi qeyri-müəyyənliyin artdığı dövrlərdə ölkə üçün mühüm əhəmiyyət kəsb edir".
Sevinc Qarayeva



