https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

AFFA nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

AFFA nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri, SCALE layihəsinin Azərbaycan üzrə koordinatoru Kifayət Mustafayeva, təlimçilər Gülyana Özcan və Ofeliya Qafarova Maltadakı beynəlxalq konfransda iştirak ediblər.

525.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Malta Futbol Federasiyasının təşkil etdiyi tədbir Attard şəhərində yeni istifadəyə verilmiş Milli komandalar üçün qərargahda baş tutub.

Konfrans çərçivəsində nümayəndə heyəti layihənin Azərbaycanda uğurla icrası, meydança fəaliyyətləri və "ikili karyera" modeli üzrə məktəb proqramlarının tətbiqi ilə bağlı təqdimatlar edib. Tədbirdə layihənin tərəfdaş ölkələri – Azərbaycan, Rumıniya, İtaliya, Moldova və Malta arasında cari vəziyyət, əldə olunan nəticələr və növbəti mərhələlər üzrə fəaliyyət planı müzakirə olunub.

SCALE layihəsinin əsas məqsədi gənc futbolçuların idman fəaliyyətləri ilə yanaşı, akademik inkişafını dəstəkləmək, onların məktəb dərsləri və təlim prosesini futbol məşqləri ilə paralel şəkildə davam etdirmələrinə şərait yaratmaqdır. Layihə gənclərin təhsil və idman arasında balansın qorunmasına yönəlmiş "ikili karyera" modelinin inkişafını hədəfləyir.

Qeyd edək ki, SCALE layihəsi 2023-cü ildən etibarən AFFA-nın təşkilatçılığı ilə həyata keçirilir və bu müddət ərzində 10 məktəb və 5 klub (oğlan və qız futbolçular daxil olmaqla) layihəyə cəlb olunub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.