https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

“Qarabağ” – “Ayaks” - həyəcan zirvəyə yüksəlir

“Qarabağ” – “Ayaks” -  həyəcan zirvəyə yüksəlir

UEFA Çempionlar Liqasının VI turu çərçivəsində dekabrın 10-da keçiriləcək “Qarabağ” - “Ayaks” qarşılaşması ərəfəsində həyəcan zirvəyə yüksəlir.

525.az xəbər verir ki, böyük maraq doğuran bu möhtəşəm futbol gecəsi üçün bilet satışlarının başlanmasına sayılı günlər qalır. Qarşılaşmanın biletləri yalnız klub tərəfindən təsdiqlənmiş rəsmi satış kanalları vasitəsilə təqdim olunacaq.

Azarkeşlərdən biletləri yalnız rəsmi platformalardan əldə etmələri xahiş olunur. Satış prosesinə yaxın günlərdə start verilməsi planlaşdırılır və bununla bağlı ən son məlumatlar klubun rəsmi kanallarında paylaşılacaq.

“Qarabağ”ı 10 dekabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda canlı olaraq dəstəkləmək istəyən azarkeşlərə, biletlərin yüksək tələbat səbəbilə qısa müddətdə tükənə biləcəyini nəzərə alaraq, rəsmi məlumat axınını diqqətlə izləmələri tövsiyə edilir.

UEFA Çempionlar Liqasındakı növbəti həlledici qarşılaşma ərəfəsində gəlin, stadionda bir araya gələrək “Qarabağ”a layiq atmosfer yaradaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.