https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Azərbaycan kubokunda ilk iki 1/4 finalçı müəyyənləşdi

Azərbaycan kubokunda ilk iki 1/4 finalçı müəyyənləşdi

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.

525.az xəbər verir ki, ilk günə nəzərdə tutulan 2 matçdan 1-i artıq yekunlaşıb.

I Liqada mübarizə aparan “Şahdağ Qusar” “Turan Tovuz”u sınağa çəkib. Qusar klubunun ev oyunlarını keçirdiyi Şamaxı OİK stadionu kubokun 1/8 final mərhələsinin oyunlarını qəbul etmək üçün yararlı olmadığından bu matç Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutub. "Turan Tovuz" 2:1 hesablı qələbə ilə 1/4 finala adlayıb. Tovuz təmsilçisi növbəti mərhələdə “Araz-Naxçıvan" - "Kəpəz" cütünün qalibi ilə qarşılaşacaq.

Günün digər matçı isə Zirədə baş tutub. “Zirə” “Neftçi” ilə üz-üzə gəlib və əlavə vaxtda - 116-cı dəqiqədə vurduğu qol sayəsində növbəti mərhələyə vəsiqə qazanıb. Onların rəqibi 1/4 finalda “Difai" - "Sumqayıt" cütünün qalibi olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. 

Əlavə edək ki, bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq. 

Azərbaycan kuboku

1/8 final

2 dekabr

19:00. "Zirə" - "Neftçi" - 1:0 

Qol: Martins Junior, 116
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Zirə İdman Kompleksinin stadionu

15:00. "Şahdağ Qusar" - "Turan Tovuz" - 1:2

Qollar: Ayxan Hüseynov, 4-pen (0:1), Aleks Souza, 64 (0:2), F.Camalov , 76 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
"SOCAR Polymer Arena"

3 dekabr

14:00. "Şamaxı" - "Baku Sportinq"

14:00. "İmişli" - "Sabah"

19:00. "Qarabağ" - "Karvan-Yevlax"

4 dekabr

15:00. "Qəbələ" - "Şəfa"

19:00. "Araz-Naxçıvan" - "Kəpəz"

19:00. "Difai" - "Sumqayıt"

1/4 finalda qarşılaşacaqlar:

“Turan Tovuz” / “Araz-Naxçıvan" - "Kəpəz" cütünün qalibi

“Zirə"  / “Difai" - "Sumqayıt" cütünün qalibi

“Şamaxı" - "Baku Sportinq" cütünün qalibi / “Qarabağ" - "Karvan-Yevlax" cütünün qalibi

“İmişli" - "Sabah" cütünün qalibi /“Qəbələ" - "Şəfa" cütünün qalibi

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.