|
|
|
|

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.
525.az bu barədə Özbəkistan mediasına istinadən xəbər verir.
Görüşdə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə edilib.
Bütün səviyyələrdə aktiv təmaslar, ticarət dövriyyəsində sabit artım və enerji sektoru da daxil olmaqla uğurlu əməkdaşlıq məmnuniyyətlə qeyd edilib. Eyni zamanda, neft-qaz sektorunda, geoloji kəşfiyyatda, yaşıl enerjinin inkişafında və kimya sənayesində birgə layihələrin təşviqinin vacibliyi vurğulanıb.
Pərvanə Sultanova




