https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib

Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib

Kişi və qadınlar arasında şahmatın rapid və blits növü üzrə təşkil edilən Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

525.az xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil edilən yarış 4 gün davam edib.

Qadınların mübarizəsində iki turnirin yekununa əsasən 13 xal toplayan Türkan Məmmədyarova 1-ci yeri tutub. Eyni xala malik Mələk İsmayıl əlavə göstəricilərə əsasən ikinci yerlə kifayətlənib. Üçüncü yerdə 12 xal toplayan Ləman Hacıyeva qərarlaşıb. Hərəyə 11.5 xal toplayan Nərmin Abdinova və Ayan Allahverdiyeva 4-5-ci yerləri bölüşüblər.

Kişilərin yarışında isə qalib adını yığmanın liderlərindən biri olan Rauf Məmmədov qazanıb. Cari ildə klassik şahmatda da Azərbaycan çempionu olan R.Məmmədov 14 xalla bütün rəqiblərini geridə qoyub. Çempiondan 1 xal az toplayan Murad İbrahimli ikinci yerdə qərarlaşıb. Hərəyə 12.5 xal toplayan Read Səmədovla Aydın Süleymanlı yarışı müvafiq olaraq 3-4-cü yerdə başa vurublar. İlk "beşliy"i 11.5 xalla Məhəmməd Muradlı tamamlayıb.

Azərbaycan çempionatının bağlanış mərasimində medal və diplomları yarışın baş hakimi Lütfiyar Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi Raul Quliyev və Respublika Şahmat Mərkəzinin direktoru Elşən Məmmədov təqdim ediblər.

Qeyd edək ki, çempionatda 32 kişi və 20 qadın şahmatçı mübarizə aparıb. Qalib rapid və blits nəticələrin cəminə əsasən müəyyənləşib. Kişi və qadınlar arasında ölkə çempionatının mükafat fondu 10 min manat təşkil edib. Həm kişilərin, həm də qadınların turnirində ilk üç yeri tutan şahmatçılar dünya çempionatına ezam olunacaqlar.

Dünya çempionatı dekabrın 25-31-i aralığında Qətərin paytaxtı Dohada keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.