https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Azərbaycan millisinin 6 boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycan millisinin 6 boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycan millisinin altı boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

525.az-ın məlumatına görə, Sübhan Mamedov (48 kq) 1/8 final mərhələsində Mehron Şafiyevlə (Tacikistan) döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, növbəti qarşılaşmasında Şodiyorjon Melikuzyevlə (Özbəkistan) üz-üzə gələcək.

Məhəmmədəli Aşurəliyev (60 kq) ardıcıl üçüncü döyüşünü aktivinə yazıb. Boksçu 1/8 finalda Artuş Qomtsyana (Gürcütsan) da gücünü göstərib – 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27). Aşurəliyev 1/4 finalda Abdumalik Xalokovu (Özbəkistan) sınağa çəkəcək.

Zaur Qəhrəmanov (67 kq) bu dəfə Tomas Kasazzanı (Argentina) mübarizədən kənarlaşdırıb – 5:0 (30:25, 30:26, 30:26, 30:26, 30:26). Onun növbəti rəqibi Yevgeni Kul (Rusiya) olacaq.

Cəidcəmşid Cəfərov (75 kq) yenə rinqdən qalib ayrılıb. Təmsilçimiz Amir Abbası (Bəhreyn) hər üç raundda məğlub edib və yekunda 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Cəfərov yarımfinala gedən yolda Fazliddin Erkinboyevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Alfonso Dominqes (92 kq) debütdə Matias Veronla (Argentina) qüvvəsini sınayıb. Dünya çempionumuz rəqibinə ikinci raundda nokautla qalib gəlib. Dominqes 1/4 finalda Andrey Zaplitni (Moldova) ilə gücünü yoxlayacaq.

Məhəmməd Abdullayev (+92 kq) isə startda Mvoqo Zaçaryeni (Kamerun) məğlub edib. 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanan dünya çempionatının mükafatçısı 1/4 finalda Dovlet İslamovla (Türkmənistan) qarşılaşacaq.

Qeyd edək ki, bu gün daha 3 boksçumuz 1/8 final döyüşünə çıxacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.