|
|
|
|

UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda “Qarabağ” Bakıda Niderlandın “Ayaks” klubunu qəbul edəcək.
525.az xəbər verir ki, Ağdam təmsilçisi qarşılaşmadan öncə son hazırlıqlarını tamamlayıb.
Xatırladaq ki, "Qarabağ" - "Ayaks" oyunu sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.



