https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

“Kəpəz”də yubiley

“Kəpəz”də yubiley

“Kəpəz”in futbolçusu Rauf Hüseynli Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

525.az PFL-in saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının 14-cü turunun “Araz-Naxçıvan”la görüşünə (0:2) təsadüf edib.

Rauf səfər matçına start heyətində çıxıb. O, Premyer Liqada keçirdiyi 100 qarşılaşmada 6 qola imza atıb.

Müdafiəçi 5 klubun heyətində çıxış edib. Hüseynli “Kəpəz”də 33 (3 qol), “Şamaxı”da 31 (1 qol), “Qəbələ”də 30 (1 qol), “Zirə”də 5, “Qarabağ”da 1 (1 qol) oyun keçirib.

Qeyd edək ki, Premyer Liqada debütü 2019/20 mövsümünə təsadüf edən Hüseynli çempionatda 100 və daha çox oyun keçirən 449-cu futbolçudur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.