|
|
|
|

“2026-cı ildə də manatın məzənəsində Mərkəzi Bankın mövqeyi həlledici olaraq qalacaq. Azərbaycan manatının məzənnəsinə təsir göstərən əsas faktor tədiyyə balansındakı vəziyyətdir”.
Bunu iqtisadçı millət vəkili Vüqar Bayramov 525.az-a bildirib.
O qeyd edib ki, tədiyə balansında müsbət saldo manatın məzənnəsini dəstəkləyir. Təbii ki, tədiyə balansında mənfi saldo yaranarsa, bu, bütövlükdə valyuta bazarına təsiri artırır:
“Bununla yanaşı, Azərbaycan “üzən məzənnə” rejiminə keçməyib, ölkəmizdə hələ də fiks məzənnə rejimi tətbiq edilir. Bu o deməkdir ki, manatın məzənəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır”.
O əlavə edib ki, 2026 və növbət illərdə tədiyə balansındakı vəziyyət, neftin dünya bazarlarında qiyməti bütövlükdə valyuta bazarına təsir göstərən əsas faktorlar olacaq.
Sevinc Qarayeva



