|
|
|
|

Cari ildən bəzi ərazilərdə müqaviləsiz evini kirayə verən və kirayədə qalan şəxslərlə bağlı monitorinqlərə başlanılıb. Məqsəd qanunsuz dövriyyənin azaldılması və şəffaflığın təmin edilməsidir.
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, bu ildən etibarən yaşayış sahəsini kirayə verən fiziki şəxslər əvvəlki 14 faiz əvəzinə 10 faiz gəlir vergisi ödəyəcəklər.
Mütəxəssislərin sözlərinə görə, dövlət qurumları tərəfindən aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanarsa, məsul şəxslər barəsində müvafiq tədbirlər görüləcək.
Qeyd olunur ki, rəsmi kirayə müqavilələrinin bağlanması kirayəçilərə həmin ünvanlarda qeydiyyata düşmək imkanı yaradır. Bu proses “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna uyğun şəkildə tənzimlənir.
Qeyd edək ki, yeni qaydalar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir.
Nigar Abbasova



