|
|
|
|

“Dolların qlobal valyuta sistemindəki rolunun zəifləməsi beynəlxalq maliyyə sistemində parçalanma və çoxqütblülük meyllərini gücləndirir. Dolların qlobal valyuta ehtiyatlarındakı payının azalması həm qlobal maliyyə sabitliyi üçün risklər yaradır. Eyni zamanda bəzi ölkələr üçün iqtisadi suverenliyin və regional maliyyə strukturlarının güclənməsi imkanlarını artırır”.
Bu fikr 525.az-a iqtisadçı ekspert Akif Nəsirli söyləyib.
Onun dediyinə görə, qlobal likvidliyin idarə olunması daha mürəkkəb hala gəlir. Çünki vahid “təhlükəsiz liman” funksiyası zəifləyir:
“Ticarət hesablaşmalarının müxtəlif valyutalara keçməsi valyuta risklərini artıraraq hedcinq xərclərinin yüksəlməsinə və maliyyə bazarlarında dəyişkənliyin artmasına səbəb olur. Digər tərəfdən, dolların zəifləməsi bəzi ölkələr üçün ABŞ monetar siyasətindən asılılığın azalması və regional maliyyə mexanizmlərinin güclənməsi baxımından müsbət qiymətləndirilir”.
Sevinc Qarayeva



