|
|
|
|

“Kriptovalyutanın sürətlə dəyər itirməsi və ya kəskin bahalaşması maliyyə bazarlarında təlatümlərə səbəb olur”.
İqtisadçı ekspert Eyyub Kərimli bunu 525.az-a deyib. Onun sözlərinə görə, hazırki məqamda kriptovalyuta bazarının hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı dəqiq proqnoz vermək çətindir. Qiymətlərin hansı iqtisadi əsaslarla formalaşdığı aydın deyil. Qısa müddət əvvəl yüksək səviyyədə olan qiymətlərin kəskin şəkildə azalmasının səbəbləri və perspektivləri barədə konkret iqtisadi izah mövcud deyil. Bu isə kriptovalyutanın hazırkı mərhələdə sabit və proqnozlaşdırılan maliyyə aləti olmadığını göstərir:
“Kriptovalyutalar əsasən qeyri-müəyyənlik üzərində formalaşır və onların qiyməti real iqtisadi dəyərə deyil, əsasən tələb, təklif balansına əsaslanır. Bu alətlərin arxasında konkret məhsul, real iqtisadiyyat və ya hər hansı bir dövlət dayanmır”.
Sevinc Qarayeva



