|
|
|
|

“Zamin kredit götürən şəxslə eyni dərəcədə kreditə görə məsuliyyət daşıyır. Kreditin gecikdirilməsi və ya ödəmədən imtina halları olanda ilkin olaraq tələb birbaşa kredit götürənə ünvanlanır. Həmin şəxslə kommunikasiya edilir, onun borc öhdəliklərini yerinə yetirilməsi ilə bağlı məsələ qaldırılır. Əgər bunlardan imtina edilərsə, müvafiq proseslər zaminə və gəlirlərinə yönəldilir. Bu barədə müvafiq qaydalar var və zamin duran hər kəsə bu barədə öncədən məlumat verilir”.
Bunu iqtisadçı ekspert Rəşad Həsənov 525.az-a söyləyib. O vurğulayıb ki, zaminin əmlakına yönəlməsi ilə bağlı məhkəmə qərarları qəbul etdirilməsi prosedurları başladıla bilər. Vətəndaşlar birmənalı olaraq, bilməlidirlər ki, kredit götürən şəxslə zamin eyni öhdəliklərə sahibdir. Proses məhkəməyə yönəldilibsə, məhkəmə kredit götürənin əmlakına, gəlirlərinə , öhdəliyin yerinə yetirilməsi ilə bağlı mövqeyini ortaya qoyur və qərarlar qəbul edilir:
“Proses mümkün olmadıqda, bütün məsələlər, öhdəliklər zaminə tərəf çevrilir”.
Sevinc Qarayeva



