https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Ançelottidən Ronaldoya dəstək

Ançelottidən Ronaldoya dəstək

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Kriştiano Ronaldonun "Atletiko"ya məğlubiyyətdən sonra özünə ad günü mərasimi keçirməsinə münasibət bildirib.

Qol.Az-ın "Football Espana"ya istinadən verdiyi məlumata görə, futbolçuların şəxsi həyatına qarışmadığını bildirən italiyalı mütəxəssis Ronaldoya dəstək olub.

"Ronaldonun özünə ad günü keçirməsi mənim üçün problem yaratmadı. İndiyə qədər heç bir futbolçunun şəxsi həyatına qarışmadım. Bundan sonra da müdaxilə etməyəcəm. Futbolçularımın peşəkarlığına şübhəm yoxdur.

Əgər belə hadisələr üçün onların üzrxahlıq istəməsini tələb etsəm, bu, futbolçuların şəxsi həyatlarına müdaxilə etməyim kimi başa düşüləcək. Mən yalnız futbolçuların meydandakı peşəkarlığına müdaxilə edirəm. Bəli, "Atletiko"ya məğlubiyyətdən sonra bütün futbolçular məyus idi. Ancaq bu məğlubiyyət həm də onları növbəti oyunlara daha yaxşı kökləməlidir. Komanda düzgün yoldadır. Bunu sabah "Deportivo" ilə oyunda görəcəyik".

Qeyd edək ki, "Real"ın La Liqada "Atletiko"ya 0:4 hesablı məğlubiyyətindən sonra özünə ad günü mərasimi keçirən və orada şənlənən Ronaldonun mövsümün sonunda komandadan göndəriləcəyi iddia olunur.  

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.