https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

"I Avropa Oyunlarında Ermənistandan 30-50 arası idmançının iştirakı gözlənilir”

"I Avropa Oyunlarında Ermənistandan 30-50 arası idmançının iştirakı gözlənilir”

“Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak etmək üçün Ermənistandan 30-50 arası idmançının gəlməsi gözlənilir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında “Bakı-2015” I Avropa Oyunlarına həsr olunan mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Jurnalistin erməni idmançıların təhlükəsizliyinin təminatı barədə sualını cavablandıran nazir qeyd edib ki, bütün idmançılar üçün ən yüksək səviyyədə təhlükəsizlik şəraiti təmin olunan Olimpiya kəndi yaradılıb: “Ona görə də hər hansı əlavə təhlükəsizlik tədbirlərinə ehtiyac görülmir”.
 
Avropa Oyunlarının açılış mərasiminə hansı xarici dövlət başçılarının dəvət olunması ilə bağlı suala cavab verən A. Rəhimov bildirib ki, indiyə kimi Lüksemburq  və Monako knyazları tədbirin açılışında iştirak edəcəklərini təsdiqləyiblər: “Ümumilikdə 20-yə yaxın xarici dövlət başçısının iştirakı gözlənilir”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.