|
|
|
|

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) martın 30-da Yunanıstanın Kipoi çıxış nöqtəsindən 367 milyon 848 min 997 kVt/saat həcmində sifariş alıb.
525.az bu barədə TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinə olan sifariş göstəriciləri ilə müqayisədə 0,81 % azdır.
Kipoi çıxış nöqtəsindən martın 31-dən aprelin 5-dək hər gün üçün 367 milyon 848 min 997 kVt/saat həcmində sifariş alınıb. Bu göstərici 24, 25, 27 və 29 mart tarixlərinə olan sifariş göstəriciləri ilə müqayisədə dəyişməyib, martın 26-na nisbətən isə 0,83 % azalıb.



