|
|
|
|

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.
Qol.Az-ın məlumatına görə, Robert Prosineçkinin komandası 2015-ci ilin ilk matçında Ukraynanın "Şaxtyor" klubu ilə qarşılaşıb.
Bu, R.Prosineçkinin millimizdə ilk oyunu olub. Qarşılaşma millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, cari mövsüm Çempionlar Liqasında mübarizəsini davam etdirən "Şaxtyor" 1/8 finalda "Bavariya" ilə qarşılaşacaq. Bu komandalar arasında Ukraynada baş tutan ilk oyunda hesab açılmayıb - 0:0.
24 fevral
Yoxlama oyunu
18:00. Azərbaycan - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:2
Qollar: Duqlas Koşta, 37 (0:1), Namiq Ələsgərov, 43 (1:1), İsmaili, 66
(1:2)
Hakimlər: Vitali Sevostyanik, Sergey Qidreviç, Yevgeni Yuçeviç (hamısı Belarusdandır)
Türkiyə, Antalya şəhəri.
Azərbaycan: Andrey Popoviç, Rəşad Sadıqov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Qara Qarayev, Əfran İsmayılov, Cavid Hüseynov, Rahid Əmirquliyev, Namiq Ələsgərov, Məhəmməd Qurbanov
"Şaxtyor" (Ukrayna): Andrey Pyatov, Vyaçeslav Şevçuk, Yaroslav Rakitski, Sergey Krivtsov, İvan Ordets, Taras Stepanenko, Fred, Marlos, Dentinyo, Duqlas Kosta, Luiz Adriano



