https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Böyük Britaniya Avropa Oyunlarına 240 nəfərlə gəlir

Böyük Britaniya Avropa Oyunlarına 240 nəfərlə gəlir
Böyük Britaniya iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarına gələcək təmsilçilərinin sayını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Birləşmiş Krallıq Azərbaycan paytaxtına 240 nəfərlik heyətlə gələcək.
 
Bunlardan 160-ı idmançılardı. Onlar Bakı-2015-də keçiriləcək 20 idman növündən 18-də təmsil olunacaqlar.
 
Komandanın şef de-missionu Mark Enqlandin sözlərinə görə, Avropa Oyunlarına gələcək idmançılarının sayı 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarına yollanan komanda ilə müqayisədə 3 dəfə çoxdu.
 
O, həmçinin bildirib ki, yarışa ciddi hazırlaşırlar və hazırda idman növləri üzrə baş məşqçilər əsas namizədləri seçirlər: “Bu Oyunların gələcəyinə inanıram. Fikrimcə, qarşıdakı illərdə daha da inkişaf edəcək. Bu səbəbdən də Azərbaycana geniş heyətlə yollanmağı planlaşdırırıq. Avropa Oyunlarına gedəcək 160 idmançı 5 min nəfər arasından seçiləcək”.
 
Qeyd edək ki, ada ölkəsindən öncə Bolqarıstan Bakı-2015-ə 109 idmançı ilə gələcəyini açıqlamışdı. Rumıniya yığması isə nümayəndə heyəti ilə birlikdə 200 nəfər olacaq.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.