https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

I Avropa Oyunlarının biletlərinin qiyməti və satışa çıxarılma tarixi açıqlanıb

I Avropa Oyunlarının biletlərinin qiyməti və satışa çıxarılma tarixi açıqlanıb

Bakıda keçiriləcək I Avropa Oyunlarının biletləri satışa çıxarılır.

Apasport.az saytının məlumatına görə, böyüklər üçün biletlərin qiyməti 2-5 manat olacaq.

Bu rəqəm yarışların mərhələsi, keçirildiyi məkan və oturacaq kateqoriyasından asılı olaraq dəyişəcək. Şəxsiyyəti təsdiq edən sənədləri olan 18 yaş və ondan yuxarı şəxslərin himayəsində etibarlı biletləri olan uşaqlar və yaşı 16-dan az olan yeniyetmələr əksər yarış məkanlarına pulsuz giriş əldə edəcəklər.
 
Lakin Heydər Əliyev adına idman arenasında və Milli Gimnastika arenasında keçirilən yarışlar istisna təşkil edəcək. Burada 16 yaşından kiçiklər üçün biletlər sadəcə 1 manat olacaq.
 
Açılış və bağlanış mərasimlərində bütün yaş qruplarından olan azarkeşlər üçün qiymətlər fərqli və əlverişli olacaq. Açılış mərasiminə biletlərin qiyməti 20 manat, bağlanış mərasiminə isə 10 manatdan başlayacaq.
 
Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, bilet siyasətinin bu gün açıqlanması çox qürurvericidi: “Bunun sayəsində biz Avropa Oyunları yarışları təcrübəsini ailələr də daxil olmaqla daha geniş auditoriyalarla paylaşa biləcəyik”.
 
Qeyd edək ki, biletlərin 19-21 mart tarixlərində satışa çıxarılması nəzərdə tutulur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.