|
|
|
|

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç 42-43 yaşına qədər futbol oynayacaq.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə isveçli forvardın meneceri Mino Rayola açıqlamasında deyib:
"İbrahimoviçlə anlaşdıq. 15 ildir mən onun üçün çalışıram. O da mənim üçün 9-10 il daha futbol oynamağa davam edəcək. Zlatan formasını yaxşı saxlayır. Onun qarşıdakı illərdə PSJ-də oynayıb-oynamayacağını deyə bilmərəm. Ancaq 42-43 yaşına qədər oynayacağına inanıram".
Qeyd edək ki, 33 yaşlı futbolçunun PSJ ilə müqaviləsi 2016-cı ilin yayında başa çatacaq.



