https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

"Tərlan Əhmədov ispan dilini bilmirsə..."

"Tərlan Əhmədov ispan dilini bilmirsə..."

“Kubok matçına qədər AZAL klubu ilə çempionat oyunlarında da bir neçə dəfə qarşılaşmışdıq. Son görüş də kifayət qədər gərgin və maraqlı alındı. Bu futboldu və tərəflərdən biri qələbə qazanmalıdır".

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Erik Ramos ölkə kubokunun 1/4 finalının AZAL-la cavab matçı (1:0) haqda danışarkən deyib.

Klubun rəsmi saytına açıqlama verən paraqvaylı yarımmüdafiəçi AZAL-la oyunda hakimi söyməsi ilə bağlı rəqib komandanın baş məşqçisi Tərlan Əhmədovun ittihamlarına cavab verib:

“Tərlan Əhmədov AZAL klubundan əvvəl "Neftçi"də köməkçi məşqçi və baş məşqçi əvəzi işləyib. Hələ o vaxtdan bilirdik ki, Tərlan Əhmədov ispan dilində başa düşmür. Əgər oyunda işlətdiyim hər hansı ifadəni Tərlan Əhmədov söyüş kimi başa düşübsə, bu mənim günahım deyil.

AZAL klubu ilə oyunda qayda pozuntusuna yol verdim və  hakim də mənə sarı vərəqə göstərdi. Orada heç bir təhqiramiz söz işlətməmişəm. Sadəcə bu cür açıqlamalar verməklə ictimaiyyətdə mənfi rəy formalaşdırmaq cəhdi yanlışdır."

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.