https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Güləşçilərimiz U-23 Avropa çempionatında dörd medal qazanıblar

Güləşçilərimiz U-23 Avropa çempionatında dörd medal qazanıblar

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından APA-ya verilən xəbərə görə, ilk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.
 
Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb.
 
86 kq çəkidə təmsilçimiz Məhəmmədhacı Xatiyev ardıcıl olaraq Türkiyə, Macarıstan, Yunanıstan və yarımfinalda Rusiya güləşçiləri üzərində inamlı qələbələr qazanıb. Qızıl medal uğrunda final görüşündə güləşçimizin rəqibi Belarus təmsilçisi olub. Gərgin keçən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb, təmsilçimiz gümüş medalla kifayətlənib.
 
125 kq-da mübarizə aparan Əli Maqomedabirov 1/4 finaldan yarışa qoşulub. İlk görüşdə məğlub olsa da rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal uğrunda görüşə haqq qazandırıb. Həlledici görüşdə təmsilçimiz Ukrayna idmançısına qalib gəlib və çempionatın bürünc medalına sahib olub.
 
Beləliklə, U-23 Avropa çempionatında sərbəst güləş yarışları yekunlaşıb. Sərbəst güləş yığmamız çempionatı 2 gümüş (Məhəmmədhacı Xatiyev (86 kq) və Nurməhəmməd Hacıyev (97 kq)) və 2 bürünc (Məhəmməd Müslümov (65 kq) və Əli Maqomedabirov (125 kq)) medalla tamamlayıb. Bu nəticə ilə sərbəst güləşçilərimiz U-23 Avropa çempionatını komanda hesabında 48 xal toplayaraq 3-cü pillədə başa vurub. Rusiya 61 xalla birinci, Gürcüstan 57 xalla ikinci sırada qərarlaşıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.