https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

“Neftçi"də prezidentlik institutu ləğv olunur, Abdullayev sədr olur

“Neftçi"də prezidentlik institutu ləğv olunur, Abdullayev sədr olur

“Çingiz Abdullayevin “Neftçi”nin prezidenti vəzifəsinə gətirilməsi məsələsi bu ayın əvvəllərindən gündəmdə olub”.

Bu sözləri Qol.Az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza qurumun katibi Çingiz Abdullayevin “Neftçi”nin prezidenti təyin olunması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, xalq yazıçısına həqiqətən “Neftçi”nin prezidenti vəzifəsi təklif olunub: “Biz onun “Neftçi”yə gedişini gözləyirdik”.

Qol.Az-ın əldə etdiyi başqa bir xəbərə görə, “Neftçi”nin strukturunda dəyişiklik olacaq. Bundan sonra klubda prezidentlik institutu ləğv olunacaq və klubda Müşahidə Şurası yaradılacaq. Şuraya Çingiz Abdullayev rəhbərlik edəcək.

Qeyd edək ki, hələlik “Neftçi” klubu yayılan xəbərlərlə əlaqədar rəsmi açıqlama verməyib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.