https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Çingiz Abdullayev: "Mən futbol adamı deyiləm"

Çingiz Abdullayev: "Mən futbol adamı deyiləm"

"Xeyli kitabım olsa da, bu günə kimi son 2 gündə olduğu qədər mətbuat haqqımda yazmamışdı".

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin Müşahidə Şurasının sədri seçilən xalq yazıçısı Çingiz Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Ç.Abdullayev komandanın uğuru üçün əlindən gələni edəcəyini bildirib: "Uşaqlıqdan futbola böyük marağım olub. Amma düzünü deyim ki, yaxşı futbol oynamamışam. Yəni, peşəkar futbolçu olmamışam. Söz verirəm ki, meydana da çıxmayacağam (gülür). Mətbuatda artıq narazılıqlar var. Yazırlar ki, Çingiz müəllim futbol adamı deyil. Bəli, mən futbol adamı deyiləm. Amma təklif gələrkən buna sevindim, təklifi də məmuniyyətlə qəbul etdim. “Neftçi”nin adı var”.

Çingiz Abdullayev azarkeşləri yenidən stadiona qaytarmaq barədə düşündüklərini bildirib: "Heç kim məndən inciməsin, amma “Neftçi” SSRİ vaxtı cəmi 1 dəfə bürünc medal qazandı. Fakt budur ki, ciddi uğurumuz olmayıb.  "Neftçi"ni əvvəl xeyli azarkeş dəstəkləyirdi. Amma hazırda stadiona gələn futbolsevərlərin sayı azalıb.

Biz azarkeşləri stadiona qaytarmalıyıq. Məncə, “Neftçi”ni ilk növbədə bakılılar dəstəkləməlidir. Müşahidə Şurasının sədri seçildikdən sonra dərhal dedim ki, yeni inşa olunan olimpiya stadionunu bizə verin. Cavab verdilər ki, əvvəl hazırki daha kiçik tutumlu stadionu doldurun, sonra o birisinə keçərsiz (gülür)".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.