https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Azərbaycan çempionatları tarixində 11 mininci qol vurulub

Azərbaycan çempionatları tarixində 11 mininci qol vurulub
Topaz Premyer Liqasının XXIX turunun “Qəbələ” – “Simurq” oyununda ölkə çempionatları tarixində yubiley qolu vurulub.

Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin futbolçusu Ruslan Abışovun vurduğu qol ölkə futbol çempionatları üçün 11000-ci olub.
 
Belə ki, 1:0 hesabı ilə başa çatan qarşılaşmayadək 1992-ci ildə start götürən milli çempionatlarda 10999 qol vurulmuşdu. Cari mövsümün startına qədər bu rəqəm 10720, XXIX turdan əvvəl isə 10992-yə bərabər idi. Mövsümün 280-ci, turun 8-ci –sonuncu qolu yubiley xarakteri daşıyıb.
 
Qeyd edək ki, ölkə çempionatlarında 10000-ci qol 865 gün əvvəl - 2012-ci il noyabrın 25-də vurulmuşdu. Topaz Premyer Liqasının 2012/13 mövsümünün XIV turunun “Bakı” – “Neftçi” oyununda Elvin Məmmədovun qonaqların qapısına vurduğu top ölkə futbol çempionatlarında 10000-ci qol olmuşdu.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.