https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Rusiyada Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək

Rusiyada Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək

Bu gün Moskvada Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədir.
 
Moskvanın “Redisson Royal, Moskva” mehmanxanasının konqres-parkında  baş tutacaq tədbirdə 450-dən çox qonağın iştirakı gözlənilir.
 
Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda, Azərbaycanın mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi  ilə də tanış ola biləcəklər.
 
Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.