https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Şahmat üzrə dünya çempionu Bakıda

Şahmat üzrə dünya çempionu Bakıda

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Bakıya gəlib.

Trend-in məlumatına görə, hava limanında qonağı ShamkirChess 2015 turnirinin təşkilatçısı Synergy Group-un rəsmiləri qarşılayıb. Məşhur şahmatçı bu gün səhər Gəncəyə, orada isə yarışın keçiriləcəyi Şəmkirə yola düşüb.

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turniri aprelin 16-da start götürəcək. Ötən il keçirilən ilk yarışın qalibi norveçli Maqnus Karlsen olub.

Superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.