https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

"Real" 113 il sonra

"Real" 113 il sonra

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda səfərdə "Atletiko" ilə qarşılaşan "Real"ın uğursuz seriyası davam edir. 

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, rəqibi ilə 0:0 bərabərə qalan Karlo Ançelottinin komandası cari mövsümdə ardıcıl 7-ci oyunda "Atletiko"nu məğlub edə bilməyib.
 
Bununla da, "Real" 113 il sonra ilk dəfə əzəli rəqibi ilə ardıcıl 7 qarşılaşmadan qələbəsiz ayrılıb. 

Qeyd edək ki, "kral klubu" daha öncə İspaniya superkuboku (iki dəfə), İspaniya kuboku (iki dəfə) və La Liqada (iki dəfə) keçirilən matçlarda rəqibini məğlub etməyi bacarmayıb. Baş tutan 7 oyunun 4-də "Atletiko" qələbə qazanıb, 3 görüş isə heç-heçə başa çatıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.