https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

“Beşiktaş”-ın əmlakı müsadirə edilir

“Beşiktaş”-ın əmlakı müsadirə edilir
Türkiyənin “Aktif Tanıtım” reklam şirkəti “Beşiktaş” idman klubunun (BJK) şirkətə olan 8 milyon 839 min dollar məbləğində borcunu ödəməməsi ilə əlaqədar klubun əmlakını müsadirə etməyə başlayıb.
 
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, borc hələ klubun keçmiş prezidenti, hazırda Türkiyə Futbol Federasiyasının prezidenti olan Yıldırım Dəmirörənin dövründən qalıb. İndiki rəhbərlik şirkətlə danışıqlar apararaq borcun 3 milyon dollara endirilməsi barədə razılığa gəlib. Lakin bu məbləğin 300 min dollarlıq son hissəsi ödənilmədiyi üçün şirkət borcun hamısını tələb edib və məhkəmə qərarı ilə klubun əmlakının müsadirəsinə başlayıb.  
 
Bu gün səhər 3 ədəd böyük yük avtomobili ilə “Beşiktaş”ın İstanbulun eyni adlı rayonundakı Akaretler səmtində yerləşən binasına gələn icra məmurları klub prezidenti Fikrət Ormanın və klub rəhbərliyinə daxil olan şəxslərin otaqlarının yerləşdiyi 13-cü mərtəbəyə qalxaraq içəridəki bütün masaları, stulları və digər əşyaları qeydə alaraq protokol tərtib ediblər. Proses zamanı icra məmurları ilə klubun vəkilləri və işçiləri arasında mübahisə yaranıb.
 
Hazırda əmlakın müsadirəsi prosesi davam edir.
 
Xatırladaq ki, Türkiyədə dolların məzənnəsi sürətlə yüksəlir. Hazırda 1 ABŞ dolları 2,7 türk lirəsinə bərabərdir.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.