https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

"Bavariya"da gözlənilməz istefa

"Bavariya"da gözlənilməz istefa

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda səfərdə "Portu"ya uduzan "Bavariya"da gözlənilməz istefa gerçəkləşib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komandanın 40 illik həkimi Hans Vilhem Müller-Vohlfart istefa verib.

"Portu" ilə oyunda zədə səbəbindən Aryen Robben, Frank Riberi, Mehdi Benatiya, David Alaba, Xavi Martinez və Bastian Şvaynştaygerin xidmətindən yararlana bilməyən baş məşqçi Pep Qvardiola məğlubiyyətdə komandanın həkimini günahlandırıb.

Qvardiola ilə problem yaşayan Vilhem Müller istefa vermək qərarına gəlib. O, qərarı ilə bağlı yazılı açıqlamasında qeyd edib:

"Portu"ya məğlubiyyətdə komandanın tibbi heyəti günahlandırıldı. Lakin bu, qəbuledilməzdir. Uğur qazanmaq üçün güvənmək çox önəmlidir".

Qeyd edək ki, "Portu" - "Bavariya" oyunu 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.