https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

“Dəyişiklik AFFA-nın nizamnaməsinə uyğun aparılmalıdır”

“Dəyişiklik AFFA-nın nizamnaməsinə uyğun aparılmalıdır”

"Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF – red.) yeni prezidenti olacağıma dair xəbərlərdən məlumatım yoxdur. Hər bir federasiyada hansısa dəyişiklik edilirsə, o, federasiyanın nizamnaməsinə uyğun olmalıdır".

Qol.Az-ın “Report” agentliyinə istinadən yaydığı xəbərə görə, bu sözləri təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

F.Qurbanov bildirilib ki, məsələ futbolla bağlı olduğundan, dəyişiklik ATFF və AFFA-nın nizamnaməsinə uyğun aparılmalıdır. Nazir müavini belə bir etimad göstəriləcəyi təqdirdə, özünü hər hansı futbol qurumunun rəhbərliyində təmsil olunmağa hazır sayıb:

"Çünki futbol ən kütləvi idman növüdür. Onun inkişafı hər bir Azərbaycan vətəndaşı üçün çox önəmlidir. Yəni, bu məsələ vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını düşündürməlidir. Amma mənə rəsmi heç nə təklif olunmayıb. Həm də bu proses yalnız təkliflə baş vermir. Hər şey qanunvericiliyə uyğun olmalıdır".

Qeyd edək ki, bir müddət əvvəl Fazil Qarayev işlərinin çoxluğu ilə əlaqədar ATFF prezidenti vəzifəsindən istefa verib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.