|
|
|
|
"Bakı Futbol Klubu" MMC vergidən yayınır.
“APA-Economcs” xəbər verir ki, bu barədə məlumat Vergilər Nazirliyinin dərc etdiyi vergi borcunu ödəməyən vergi ödəyicilərinin siyahısında qeyd olunub.
Məlumata əsasən, qanun pozuntusu Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən aşkarlanıb.
Vergi borcunun həcmi açıqlanmır.
Klubdan “APA-Economics”ə bildirilib ki, məsələyə ən qısa zamanda münasibət bildiriləcək.