https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Millimizin rəqibi müəyyənləşdi

Millimizin rəqibi müəyyənləşdi

Azərbaycan milli komandasının Serbiya yığması ilə yoldaşlıq görüşü keçirəcəyi dəqiqləşib.

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə millinin baş məşqçisi Robert Prosineçki məlumat verib.

Onun sözlərinə görə, görüş iyunun 7-də yığmanın Avstriya toplanışı çərçivəsində baş tutacaq. R.Prosineçki məhz Serbiyanın rəqib seçilməsinin səbəbini də açıqlayıb:

"İyunun 12-də Norveç millisi ilə "Avro-2016"nın seçmə qrup matçında üz-üzə gələcəyik. Rəqib güclü komandadır. Bilirəm ki, bizi çətin oyun gözləyir. İstəyim o idi ki, Norveçlə oyundan öncə güclü rəqibə qarşı yoldaşlıq görüşü keçirək. Artıq Serbiya ilə oynayacağımız dəqiqləşib. Komandamın güclü rəqiblərə qarşı oynamasını istəyirəm. Çünki belə oyunlarda çox şey görmək olur".

Qeyd edək ki, yoldaşlıq görüşünün stadionu və saatı hələlik açıqlanmır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.