https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Mourinyo "Arsenal" fanatlarının cavabını verdi

Mourinyo "Arsenal" fanatlarının cavabını verdi

İngiltərə Premyer Liqasının 34-cü turunda "Arsenal"la 0:0 bərabərə qalan "Çelsi"nin baş məşqçisi Joze Mourinyo yenidən maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis oyun zamanı "darıxdırıcı "Çelsi" şüarları səsləndirən "Arsenal" fanatlarının cavabını verib.

Mourinyo "Arsenal"ın 10 ildir çempion ola bilməməsinin daha darıxdırıcı olduğunu bildirib:
 
"Təcrübəli komandayıq. Darıxıcı oynayırıq? Premyer Liqada ən çox qol vuran ikinci komandayıq. Məncə, darıxdırıcı olan "Arsenal"ın 10 ildir çempionluq yaşamamasıdır. Həqiqətən də, bu çox darıxdırıcıdır".

Qeyd edək ki, "Çelsi" Premyer Liqada keçirdiyi 33 oyundan sonra 77 xalla turnir cədvəlinə başçılıq edir. Mourinyonun komandası ən yaxın izləyicisi "Arsenal"ı 10 xal qabaqlayır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.