|
|
|
|

"Bavariya"nın futbolçusu Aryen Robben yenidən zədələnib.
Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, "Borussiya"ya qarşı Almaniya kubokunun yarımfinalında keçirilən matçda baş verib.
Zədəsinin yeni sağaldan 31 yaşlı oyunçu 67-ci dəqiqədə meydana daxil olub. 84-cü dəqiqədə əzələsini dartan A.Robben əvəzlənməli olub.
Onun zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, sözügedən qarşılaşmada "Bavariya" penaltilər seriyasında 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.



