https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Levandovski də mövsümü erkən başa vurdu

Levandovski də mövsümü erkən başa vurdu

"Bavariya" növbəti ciddi itki ilə üzləşib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Münhen klubunun futbolçusu Robert Levandovskinin mövsümü erkən başa vurduğu bildirilir.

Polşalı hücumçu "Borussiya"ya qarşı Almaniya kubokunun yarımfinalında keçirilən matçda rəqib komandanın qapıçısı Langerak ilə toqquşub və huşunu itirib. Daha sonra özünə gələn 26 yaşlı futbolçu oyunu davam etdirib.

Bu gün tibbi müayinədən keçən R.Levandovskinin çənə sümüyünün sındığı və beyninin silkələndiyi bəlli olub.

Levandovskinin meneceri Kuçarski "Tvitter" hesabından futbolçunun durumunun yaxşı olmadığını yazıb.

Almaniya mətbuatı isə R.Levandovskinin mövsümü erkən başa vurduğunu qeyd edib.

Xatırladaq ki, sözügedən qarşılaşmada "Bavariya"nın futbolçusu Aryen Robben də zədələnib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.