https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Nazim Süleymanovun yubiley matçının vaxtı açıqlandı

Nazim Süleymanovun yubiley matçının vaxtı açıqlandı

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi, veteran futbolçu Nazim Süleymanovun 50 illik yubileyi Rusiya Federasiyası Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqazda qeyd olunacaq.

Qol.Az-ın "Report" agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə "Neftçi" Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, N.Süleymanov bu yaxınlarda Vladiqafqazda Şimali Osetiyanın baş naziri, ikiqat olimpiya çempionu Soslan Andiyevlə görüşüb.
 
Görüşdə əfsanəvi futbolçunun vaxtilə çıxış etdiyi "Alaniya" və "Neftçi"nin veteranları arasında yubiley münasibətilə yoldaşlıq görüşünün keçirilməsinə dair razılıq əldə olunub. Görüşün mayın 23-də təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Nazim Süleymanov 17 fevral 1965-ci ildə anadan olub. O, 1983-1990-cı illərdə "Neftçi"də, 1991-1996-cı illərdə "Alaniya"da çıxış edib.

N.Süleymanov Vladiqafqaz komandasının heyətində Rusiya çempionu və ikiqat gümüş mükafatçısı olub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.