https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

"Barselona"dan "Bavariya"ya futbol dərsi

"Barselona"dan "Bavariya"ya futbol dərsi

Bu gecə Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.

Qol.Az-ın məlumatına görə, dünyanın iki nəhəng klubu üz-üzə gəlib.

“Barselona” öz meydanında “Bavariya”nı qəbul edib. Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola ilk dəfə olaraq sabiq komandası ilə qarşılaşıb.

Fasiləyə qolsuz yollanan komandaların duelində ikinci hissədə 3 qol olub. Lionel Messinin dublu və Neymarın bir qolu "Barselona"ya böyükhesablı qələbə qazandırıb - 3:0.

Qeyd edək ki, bu komandalar son olaraq Çempionlar Liqasının 2012/2013 mövsümünün yarımfinal mərhələsində üz-üzə gəlib. Almaniyada keçirilən oyunda 4:0, “Nou Kapm”da isə 3:0 hesablı qələbə qazanan “Bavariya” finala yüksəlib.

6 may

Çempionlar Liqası, yarımfinalın ilk oyunları

23:45."Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 3:0
Qollar: Messi, 77 (1:0), 80 (2:0), Neymar, 90+4 (3:0)

5 may

"Yuventus" (İtaliya) - "Real" (Madrid, İspaniya) - 2:1
Qol: Morata, 9 (1:0), Ronaldo, 27 (1:1), Tevez, 58-pen. (2:1)

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.