https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Messi Ronaldonu geridə qoydu

Messi Ronaldonu geridə qoydu

Çempionlar Liqasının ən məhsuldar futbolçularının siyahısında lider yenidən dəyişib.

Qol.Az-ın məlumatına görə, turnirin yarımfinalında "Bavariya" ilə oyunda dubl edən "Barselona"nın futbolçusu Lionel Messi siyahıda hər kəsi qabaqlayıb.

Bu oyuna qədər aktivində 75 qol olan argentinalı futbolçu "Bavariya" ilə görüşdən sonra qollarının sayını 77-yə yüksəldib. Bununla da, Messi "Real"ın forvardı Kriştiano Ronaldonu geridə qoyaraq ilk pilləyə yüksəlib. Portuqaliyalı futbolçu Çempionlar Liqasında vurduğu 76 qolla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Barselona" - "Bavariya" oyunu 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.