https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Ançelotti cəzalandı

Ançelotti cəzalandı

"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti cəzalanıb.

Qol.Az-ın AFP-yə istinadən verdiyi məlumata görə, buna italiyalı mütəxəssisin "Valensiya" ilə La Liqa matçında hakimlərin ünvanına sərt ifadələr səsləndirməsi səbəb olub.

Üstəlik Ançelotti oyundan sonra hakimləri ironiya ilə alqışlayıb. Bu səbəbdən İspaniya Futbol Federasiyası 55 yaşlı mütəxəssisi iki oyunluq cəzalandırıb.

Bununla da, La Liqanın son iki turunda - "Espanyol" və "Qetafe" ilə görüşlərdə məşqçilər və futbolçular üçün ayrılmış texniki zonada yer almayacaq Ançelotti komandasının oyununu tribunadan izləmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, "Real" - "Valensiya" oyunu 2:2 hesabı ilə başa çatıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.