https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

“Yuventus” “kral”ı taxtdan saldı

“Yuventus” “kral”ı taxtdan saldı

Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir cavab qarşılaşması keçirilib.

Qol.Az-ın məlumatına görə, İspaniyada baş tutan  oyunda ikinci yarımfinalçının adı məlum olub.

Madrid “Real”ı “Santyaqo Bernabeu”da “Yuventus”u qəbul edib.  İlk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn Turin klubu səfərdə də inamlı oyunu ilə yadda qalıb.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Bu nəticə “Yuventus”u finala yüksəldib. ÇL-ın son qalibi “Real”  isə mübarizəni dayandırıb.

Beləliklə, “qoca sinyora” 12 illik fasilədən sonra final həsrətinə son qoyub. “Yuve” 2002/2003 mövsümündə  məhz “Real”ı keçərək finala yüksəlmişdi.

Xatırladaq ki, “Yuventus”u  finalda “Barselona” gözləyir.

13 may

Çempionlar Liqası, yarımfinalın cavab oyunu

23:45. "Real"  - "Yuventus" - 1:1
Qollar: Ronaldo, 23-pen. (1:0), Morata, 58 (1:1)
İlk oyun: (1:2)

12 may

"Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 3:2
Qollar:Benatia, 7 (1:0), Neymar, 15 (1:1), 22 (1:2), Levandovski, 59 (2:2), Müller, 74 (3:2
(İlk oyun - 0:3)

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.