https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Messi və Ronaldo rəmzi yığmadan kənarda qaldı

Messi və Ronaldo rəmzi yığmadan kənarda qaldı

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin rəmzi yığmasını açıqlayıb.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda ən çox "Yuventus" klubunun futbolçuları yer alıb.

Yarımfinalda "Real"ı üstələyərək finala adlayan Turin təmsilçisinin 5 futbolçusu ən yaxşılar sırasında qərarlaşıb.

"Yuventus"la baş tutan hər iki oyunda fərqlənən "Real"ın hücumçusu Kriştiano Ronaldo ən yaxşı 11 futbolçu siyahısına düşə bilməyib. Eyni sözləri "Barselona"nın forvardı Lionel Messi haqda da söyləmək olar. Argentinalı futbolçu "Bavariya" ilə ilk görüşdə dubl etsə də, rəmzi yığmadan kənarda qalıb.

Maraq üçün qeyd edək ki, digər finalçı "Barselona"dan yalnız bir futbolçu - Neymar rəmzi yığmada yer alıb.

Çempionlar Liqasının yarımfinal mərhələsinin rəmzi yığmasına düşən 11 futbolçu bunlardır:

Qapıçı: Canluici Buffon ("Yuventus")

Müdafiəçilər: Patris Evra, Leonardo Bonucci, Corcio Kyellini (hamısı "Yuventus"), Marselo ("Real", Madrid)

Yarımmüdafiəçilər: Tiaqo Alkantara, Bastian Şvaynştayger (hər ikisi "Bavariya"), Pol Poqba ("Yuventus")

Hücumçular: Alvaro Morata ("Yuventus"), Robert Levandovski ("Bavariya"), Neymar ("Barselona")

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.