|
|
|
|

Azərbaycan Premyer Liqasında 34-cü turun oyunlarına yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son matç günündə üç qarşılaşma keçirilib.
İlk oyunda AZAL “Xəzər Lənkəran”ın qonağı olub. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Lider “Qarabağ" doğma meydanda “Sumqayıt”ı qəbul edib. Bu oyunda Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.
Bununla da Qurban Qurbanovun komandası son iki turun nəticəsində asılı olmayaraq ən yaxın izləyicisi “İnter”i 8 xal qabaqlayaraq çempionluğu təmin edib. "Qarabağ" daldabal ikinci, ümumilikdə isə üçüncü dəfə Azərbaycan çempionu olub.
“İnter” - “Qəbələ” oyununda isə qalib müəyyənləşməyib - 1:1.



