https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

Türkiyə futbolunda növbəti qalmaqal

Türkiyə futbolunda növbəti qalmaqal

Türkiyə III liqasında keçirilən "Yeni Diyarbakırspor" - "Dənizli BB" matçında qalmaqal yaşanıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qonaq komandanın penaltidən hesabı bərabərləşdirməsindən sonra meydanda ara qarışıb.

Matçın 88-ci dəqiqəsində İbrahim Konuksevərin vurduğu qolla hesabda önə keçən "Yeni Diyarbakırspor"un sevinci uzun çəkməyib. Oyuna əlavə edilmiş dəqiqələrdə hakim meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib.

Qonaqların hesabı bərabərləşdirməsindən sonra ev sahibi komandanın azarkeşləri meydançaya daxil olaraq hakimlərə və rəqib futbolçulara hücum çəkiblər. Hadisələrə müdaxilə edən polis bibər qazı və su şırnağı ilə azarkeş kütləsini dağıtmağa çalışıb.

Baş vermiş xoşagəlməz hadisə zamanı çoxlu sayda azarkeş və polis yaralanıb. Matçın hakimləri xüsusi avtomobillə gücləndirilmiş təhlükəsizlik tədbirləri altında stadiondan ayrılıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.