https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

“Qarabağ”ın çempionluq bayramı ləğv olundu

“Qarabağ”ın çempionluq bayramı ləğv olundu

Azərbaycan Premyer Liqasının 35-ci turunun sabah keçiriləcək “İnter” – “Qarabağ” oyunundan sonra əvvəlcədən nəzərdə tutulan atəşfəşanlıq ləğv edilib.

Bu haqda Qol.Az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

O, Bakıda 15 nəfərin faciəli ölümünə səbəb olan çoxmərtəbəli binadakı yanğına görə belə qərar verdiklərini bildirib.

PFL prezidenti deyib ki, matçdan sonra 2014/15 mövsümü Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ”a yalnız çempionluq kuboku və qızıl medal, “İnter”ə isə gümüş medal xüsusi təmtəraq olmadan təqdim ediləcək. Yəni hər hansı bayram tədbiri, atəşfəşanlıq olmayacaq.

Matçdan əvvəl faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Qeyd edək ki, “İnter” – “Qarabağ” oyunu sabah saat 20.00-da “İnter Arena”da başlanacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.