Dekabrın 23-ü, saat 17:00-da Kitabevim.az kitab mağazasında Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş külliyyatından “Son reportaj”, “Nostalji”, “Sən kimsən, Səfəvi?” və “Bu gündən dünənə” adlı ilk 4 kitabının təqdimat mərasimi keçiriləcək.
Mərasimdə KİV nümayəndələrinin, yazarın qələm dostlarının və ictimai-siyasi xadimlərin iştirakı gözlənilir.
Tədbirin sonunda müəllif oxucuları üçün kitabları imzalayacaq.
Qeyd edək ki, “XAN” nəşriyyatında İlqar Fəhminin 12 cildlik külliyyatından daha 4 kitab “Kinoromanlar” , “Telepyeslər” , “Ssenarilər toplusu” və “Bakı tarixindən kollaj” çapa hazırlanır.
Senet.az