Azərbaycanın hərbi qulluqçusu şəhid olub.
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycanın hərbi qulluqçusu kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!