|
|
|
|

Gənclər və idman naziri Azad Rəhimov fevralın 19-da İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, qəbulda Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala və İsmayıllı rayon sakinləri iştirak edəcəklər.
Saat 11:00-da başlanacaq qəbul Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti-57, RİH-in yaxınlığı) gerçəkləşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
İsmayıllı 055-287-70-10;050-453-22-33,Balakən 055-722-12-15;051-886-55-66,Oğuz 050 (70) -394-94-04, Qax 055(77)-365-25-00, Qəbələ 050-399-06-33, Şəki 055-605-00-00, Zaqatala 050(70) -382-78-13.
Vəfa MƏMMƏDLİ



