https://525.az/img/pics/medium/2024-05/312916_nxmkeus5vg.jpg “525-ci qəzet”in 8 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-05/312904_in59prssad.jpg Musiqi mədəniyyətimizin unudulmaz nümayəndəsi
https://525.az/img/pics/medium/2023-02/257825_fkw0ywfftr.jpg Fəhləlikdən elmin zirvəsinə doğru
https://525.az/img/pics/medium/2023-05/266810_fkv2yyen6x.jpg Mətbuat tariximizin tədqiqinə dəyərli töhfə - Nəsiman Yaqublu yazır
search
8 May 2024
7 May 2024
20:39

Fransada 3 günlük matəm

Fransada 3 günlük matəm

Fransa hökuməti Nitsa şəhərində baş verən terror aktı ilə əlaqədar 3 günlük matəm elan edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Fransa Prezidenti Fransua Olland və Baş nazir Manuel Vals faciənin baş verdiyi Nitsa şəhərinə gəlib.

Bundan başqa, Fransa parlamenti ölkədə iyulun 26-da bitəcək fövqəladə vəziyyət rejimi vaxtının 3 ay uzadılması barədə qanun layihəsini müzakirə edəcək. Ötən gecə Prezident Fransua Olland artıq onun uzadılması barədə qərar qəbul etdiyini bildirib.

Bu arada polis hadisəni törədənin şəxsiyyətini müəyyən edə bilib. O, Tunis əsilli Nitsa sakini Məhəmməd Laxuayec Buhleldir (Mohamed Lahouaiej Bouhlel). Hazırda evində axtarışın aparıldığı cinayətkarın qonşularının sözlərinə görə, o, həyat yoldaşı ilə boşanması və maddi cəhətdən sıxıntı çəkməsi ilə bağlı depressiya vəziyyətində olub. Eyni zamanda 3 uşaq atası olan Məhəmməd Laxuayec Buhlel inanclı insan deyilmiş və ibadət etmirmiş. iTele telekanalı isə onun Fransa vətəndaşı olmadığını qeyd edir.

Xatırladaq ki, iyunun 14-də axşam saatlarında Fransanın Nitsa şəhərində sürücü yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzintiyə çıxan insanların üzərinə sürüb. Şahidlərin ifadəsinə görə, yük maşını dayanmadan ziqzaqvarı hərəkət edərək təxminən 2 kilometr məsafədə insanları əzib. Bundan sonra terrorçu polis əməkdaşları ilə atışmağa başlayıb və öldürülüb.

İnsident nəticəsində 84 nəfər həlak olub, 18 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir. Xəsarət alan ən azı 54 uşaq xəstəxanalara yerləşdirilib. Son məlumata əsasən həyatını itirənlərin arasında Ermənistan, Estoniya, Ukrayna, ABŞ və Rusiyadan olan çox sayda xarici ölkə vətəndaşı da var.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.